Gənclər arasında boks üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

12:58 23 Fevral 2015
179 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildiriblər ki, yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 177 idmançı qələbə uğrunda mübarizə aparıb.
Birincilikdə Ruslan Rüstəmov (49 kq), Elşən Qafarlı (52 kq), Sərxan Əliyev (56 kq), Elməddin İsmayılov (60 kq), Pərviz Quliyev (64 kq), Hüseyn Tanrıverdili (69 kq), Hacı Dilbazov (75 kq), Əli Qurbanov (81 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalibləri noyabrda Polşada keçiriləcək gənclər arasında qitə birinciliyində çıxış edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_arasinda_boks_uzre_Azerbaycan_birinciliyinin_qalibleri_mueyyenlesib-834153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR