Şotlandiya qəzeti cüdo üzrə Avropa Çempionatının Bakıda keçirilməsindən bəhs edib

Şotlandiya qəzeti cüdo üzrə Avropa Çempionatının Bakıda keçirilməsindən bəhs edib
13:33 23 Fevral 2015
63 İdman
Ölkə mətbuatı
A- A+


London, 23 fevral, AzərTAc
Şotlandiyanın “The Herald” qəzeti cüdo üzrə Avropa Çempionatının Bakıda keçirilməsindən bəhs edib. Məqalədə bununla bağlı Avropa Olimpiya Komitəsi, Avropa Cüdo İttifaqı və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin birgə məlumat yaydıqları qeyd edilir. Bildirilir ki, cüdo üzrə Avropa Çempionatı bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa oyunları çərçivəsində baş tutacaq.
Yazıda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirlərinə də yer verilib: “Bu qərar Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələsinə yaxınlaşdığını göstərən gözəl xəbərdir. Avropa Olimpiya Komitəsi Avropa çempionatlarının Avropa Oyunlarının bir hissəsi olmasına çalışıb və bu qərar göstərir ki, biz məqsədimizə gözlədiyimizdən də tez çatırıq”.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sotlandiya_qezeti_cudo_uzre_Avropa_CHempionatinin_Bakida_kechirilmesinden_behs_edib-834159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR