Bakı. 6 may. REPORT.AZ/ Sabah iqtisadiyyat naziri Şahin Mustafayev Naftalan şəhərində Tərtər, Goranboy rayonları və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Gəncə-Qazax regional bölməsi (Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, (050) 395 91 97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Eyni zamanda, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.