"Report" xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdullatipov Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanda yaşayan həmvətənləri ilə görüşdə deyib.
"Son illərdə Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölüm faktları çoxalıb. Keçən il hüquq-mühafizə orqanlarının 14 əməkdaşı ölüb. Lakin artıq vəziyyət yaxşılaşıb. Mövcud təhdidlərə baxmayaraq, regionumuz sakit bölgəyə çevrilib. İndi Dağıstan əvvəlki illərlə müqayisədə olduqca fərqli bir respublikadır", - deyə Dağıstanın başçısı bildirib.
O, bu baxımdan Azərbaycan biznesmenlərini respublikanın iqtisadiyyatına fəal investisiya yatırmağa çağırıb.