"Azərbaycan bu gün Ermənistan təcavüzünün acı nəticələrinin aradan qaldırılmasına, işğal olnmuş torpaqların azad edilməsi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həlledici mərhələyə start verib".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.
X.Xələfov bildirib ki, münaqişənin kökündə qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiaları durur. Nazir müavini qeyd edib ki, çox təəssüf ki, bu münaqişəni Dağlıq Qarabağ münaqişəsi kimi adlandırdılar ki, bu da Azərbaycana qarşı ədalətsizlikdir: "Təəssüf ki, Azərbaycanın o dövrdəki hakimiyyəti bu ədalətsizliyin qarşısını ala bilmədi və 1992-ci ildə Helsinkidə qərar qəbul edərkən bunu Dağlıq Qarabağ münaqişəsi adlandırdılar. Ancaq bu münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir və bunun kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları dayanır".
Milli.Az