Asim Zülfüqarov Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktorunun müavini təyin edilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Palatadan deyiblər.

Palatanın icraçı direktoru İbrahim Alışevdir.

A.Zülfüqarov, həmçinin Strateji xidmətlər departamentinin səlahiyyətlərinin icraçısı təyin edilib. Eyni zamanda, o həmin departamentin Strateji təhlil və risklər idarəsinin rəhbəridir.

Bundan başqa, İmran Məmmədov Bank fəaliyyətinə nəzarət departament direktorunun səlahiyyətlərinin icraçısı təyin edilib. O, həmçinin həmin departamentin Daxili nəzarət idarəsinin rəhbəridir.

Milli.Az