Avropa çempionu rəsmən "Bavariya"da!

Avropa çempionu rəsmən "Bavariya"da!
10:05 3 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

“Bavariya” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi "Ştutqart"ın futbolçusu Coşua Kimmiç ilə 2020-ci ilin yayına qədər anlaşıb.
  
Tərəflər arasında rəsmi müqavilə imzalanıb. 19 yaşlı yarımmüdafiəçi 2015-ci ilin iyul ayından etibarən "Bavariya"ya qoşulacaq.
  
Qeyd edək ki, hazırda "Leypsiq"də icarə əsasında forma geyinən Kimmiç 2014-cü ilin iyulunda Almaniya U-19 millisinin heyətində Avropa çempionu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR