“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə nazirliyin və aidiyyəti qurumların nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri və xarici ekspertlər iştirak ediblər.
Seminarda Azərbaycanda milli “yaşıl iqtisadiyyat” göstəricilərinin müəyyənləşdirilməsi üçün metodologiyanın qəbulu və müvafiq göstəricilərdən istifadə etməklə bu haqda hesabatın hazırlanması imkanları, həmçinin Yaşıl İqtisadiyyat göstəriciləri üzrə İşçi Qrupun yaradılması məsələsi müzakirə olunub.
Tədbir çərçivəsində “Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi” mövzusunda təqdimatlar keçirilib.