""Barselona"dan ayrılmaq istəmirəm"

""Barselona"dan ayrılmaq istəmirəm"
10:32 3 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

“Mən “Barselona”nın futbolçusuyam və klubumu dəyişməkdə maraqlı deyiləm. Yaya qədər komandamda oynamaq istəyirəm, sonra isə baxarıq...”

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Dani Alveş komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Braziliyalı müdafiəçi gələcək karyerası haqda qərar vermədiyini bildirib: “Hələ ki, klubun mənə yeni təklif irəli sürməyib. Ancaq mən bundan narahat deyiləm. Qoy necə lazımdırsa, elə də olsun”.

Qeyd edək ki, 2008-ci ildən “Barselona”da çıxış edən Alveşin müqaviləsi mövsümün sonunda bitəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR