"Report"un məlumatına görə, bu vəzifəyə Allahverdiyev Rüstəm Əbülfət oğlu təyin edilib.
Məlumata görə, KİV-lə əlaqələri möhkəmləndirmək, texnoparkda baş verən yeniliklər barəsində ictimaiyyətə düzgün və vaxtında informasiya vermək üçün idarə Aparatının tərkibində mətbuat xidməti yaradılıb.
Qeyd edək ki, Allahverdiyev Rüstəm 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsin bitirib. 2010-2014-cü illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.
İndiyədək müxtəlif qəzetlərdə müxbir, dövlət və özəl müəssisələrin mətbuat xidmətlərində işləyib.