Pakistan 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 10-12 idman növündə təmsil olunacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Pakistan Olimpiya Assosiasiyasının katibi Xalid Mahmud "The News"a açıqlamasında deyib.

O bildirib ki, yaxın bir ay ərzində Bakıdakı Oyunlarla bağlı bütün məsələlərə aydınlıq gələcək: "İdman federasiyalarının nümayəndələri ilə birgə bu məsələni həll edəcəyik. Tennisdə iştirak edə bilərik. Voleybolda isə medal qazanmaq şansımız var".

X.Mahmud Bakıya səfər etdiyini və paytaxtda gördüyü idman infrastrukturlarından danışıb: "Hər şey mükəmməl səviyyədədir. İdman kompleksləri böyüklüyü ilə seçilir və 25 minə qədər tamaşaçı tutumu olan zallar var. Yüngül atletika üçün qaçış zolaqları yüksək səviyyədədir. Futbol yarışlarının keçirilməsi üçün də hər cür şərait yaradılıb. Bu baxımdan Azərbaycan böyük addım atıb və düşünürəm ki, gözlənilməz bir yarış olacaq".

IV İslam Həmrəyliyi Oyunları 12 gün davam edəcək. Yarışlarda 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq.

Milli.Az