Təsəvvür edin, marketdə manna yarması seçirsiz. İstifadə müddətinə baxırsınız və görürsünüz ki, qaydasındadır. Pulunuzu verib alırsınız, ancaq evdə açanda içindən siçan nəcisi və tükləri çıxır. Bu iyrənc hal Bakıda bir nəfərin başına gəlib. İddiaçını izləyək.

Siçan nəcisi və tükləri...

Adı belə iyrəndirən bu şeylərin marketdən alınmış manna yarmasının içindən çıxdığı iddia edilir. Üstəlik, istehlak tarixi hələ başa çatmamış məhsulun içindən. İddiaçı Həşim Qədirov manna yarmasını Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən böyük supermarketlərin birindən alıb. Bunu təsdiq edən çek də özündədir.

Həşim Qədirov vəziyyəti dərhal mağazaya bildirib. Burdan "tədbir görərik" cavabını eşidəndən sonra istehsalçı firmaya da zəng edib. Ancaq nə istehsalçı şirkətdən, nə də mağazadan tutarlı bir cavab ala bilməyib.

Bəs belə halda kim məsuliyyət daşıyır.

Milli.Az xəzərxəbər-ə istinadən bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, mannanın bu halda müştəriyə təqdim olunmasının məsuliyyətini istehsalçı daşıyır. O ki, qaldı ərzaq təhlükəsizliyi tələblərinə cavab verməyənlərə, hüquqi şəxslər 400, vəzifəli şəxslər 200, fiziki şəxslər isə 100 manat məbləğində cərimələnirlər.

Bununla yanaşı, insanlar da bu məsələdə diqqətli olmalıdırlar. Aldıqları məhsulun istehsal tarixini və saxlama qaydaları haqqında məlumatları satıcılar tələb etməlidirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Manna yarmasının içindən siçan nəcisi və tükləri çıxdı - VİDEOManna yarmasının içindən siçan nəcisi və tükləri çıxdı