"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib.
Qeyd edək ki, R.Niftiyev vətəndaş Dursun Osmanovun 20 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.