"Report"un məlumatına görə, "B" qrupunda mübarizə aparan Faiq Qarayevin yetirmələri ikinci turda Monteneqro ilə qarşılaşıblar.
Avstriyalı Mixael Yanoş və bolqar Çavdar Marevin idarə etdikləri oyun Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 3:0. İlk oyunda Fransa üzərində də eyni hesablı qələbə əldə olunmuşdu. Qrupdakı digər oyunda İspaniya Fransaya qalib gəlib - 3:2.
Bununla da millimiz 2 turdan sonra 6 xalla vahid liderə çevrilib. Monteneqro 3 xalla 2-ci, İspaniya 2 xalla 3-cü, Fransa 1 xalla 4-cü pillədədir.
İlk dövrədə son turun oyunları iyunun 5-də keçiriləcək. Azərbaycanla İspaniya, Monteneqro ilə Fransa üz-üzə gələcək.
Avropa Liqası, qrup oyunu, II tur
Azərbaycan - Monteneqro - 3:0 (25:21, 25:23, 25:22)
Bar. Topolika İdman kompleksi.