Milli.Az virtualaz.org-a istinadən bildirir ki,hadisə Xıdırzində pirinin ərazisində baş verib.
Pirə ziyarətə gəlmiş 41 yaşlı Xızı rayonu, Sitalçay kənd sakini Qasımov Rövşən İsmayl oğlu namaz qılmaq məqsədilə yaxınlıqdakı qayaya dırmaşmaq istəyərkən, qayaların arasında sıxılmış vəziyətdə qalıb.
Hadisə nəticəsində o, yüngül xəsarət alıb, çiyni çıxıb. Hadisə yerinə gəlmiş Şimal Regional Təcili Tibbi Yardım xidmətinin həkimləri tərəfindən ona ilkin tibbi yardım göstərilib, səhhəti qənaətbəxş olduğundan özü xəstəxanaya aparılmaqdan imtina edib.
19:51
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Zarat kəndində bir nəfərin qayalıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı hündürlüyü 30 metr olan qayalıq ərazidən endirib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:25-də başa çatıb.
Milli.Az