Bakı. 6 iyun. REPORT.AZ/ Belçikanın Lyej şəhəri yaxınlığında sərnişin qatarının yük qatarına çırpılması nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Sen-Jorj-sür-Mez kommunasının burqomistrına istinadən "Le Soir" nəşri məlumat yayıb.
"Sərnişin qatarı yük qatarına çırpılıb, qəzanın səbəbləri araşdırılır", — deyə dəmir yollarının operatoru olan "Infrabel"in nümayəndəsi Frederik Sakr faktı təsdiqləyib.
Qəza yerinə təcili yardım xidmətləri cəlb olunub.