"Baku Network" ekspert qrupu Bakıda iyunun 3-4-də keçirilmiş Dünya Azərbaycanlılarının 4-cü Qurultayına həsr olunmuş növbəti müzakirələr keçirib.

Milli.Az bildirir ki, müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Qurultayın nümayəndələri - Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə, Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru Adil Bağırov və Şəbəkənin üzvü Bədir Məmmədli iştirak ediblər.

Ekspertlər qeyd etdilər ki, keçirilən Qurultay strateji əhəmiyyətə malikdir və Azərbaycan diasporasının fəaliyyəti nəticəsində dünya ölkələri Ermənistanı işğalçı dövlət kimi tanıdılar.

Qurultay nümayəndələri, həmçinin təmsil etdikləri qurumların fəaliyyətindən danışdılar.

http://bakunetwork.com

Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.

Milli.Az