Ermənistanın baş naziri Ovik Abramyanın əmri ilə hökumət yanında Mülki Aviasiya İdarəsinin rəisi Artyom Movsesyan istefaya göndərilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan hökumətinin saytında dərc edilən məlumata əsasən, Movsesyan öz arzusu ilə istefaya gedib.

Artyom Movsesyan Ermənistan Mülki Aviasiya İdarəsinin rəhbəri vəzifəsində 2004-cü ildən çalışıb.

Erməni mətbuatının məlumatına görə, Movsesyan yerli bazarda fəaliyyət göstərmək üçün Almaniyanın “Lufthansa” aviaşirkətindən böyük məbləğdə rüşvət tələb edib. Aviaşirkət nümayəndələri Ermənistan rəhbərliyinə şikayət etdikdən sonra Movsesyan istefaya göndərilib.