Azərbaycanda şəxsin vətəndaşlığını itirməsi qaydasında dəyişiklik edilir.

Milli.Az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəllədə yenilik edilməsi nəzərdə tutulub. Məcəllənin 305-ci (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) maddəsində nəzərdə tutulan səlahiyyətlərə "Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında" bəndi də əlavə edilib.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az