Əfsanəvi səsi və gözəlliyi həmahəng xalq artisti Fidan Qasımova doğum gününü qeyd edib. Sənətkarı xoş günündə təbrikə gələnlər sırasında ANS əməkdaşları da olub.

O, dünyanın 100 qadını siyahısındadır. Səhnəmizin Aidası, Karmeni…. Yaşının üstünə yaş gəlsə də, öz gözəlliyindən, səmimiliyndən heç nə itirməyən Fidan Qasımova…. Yaşını deməyəi sevmir, mən də deməyəcəm. Özü hər il daha da cavanlaşdığını deyir.

Onu təbrik etməyə gələn doğmaları kimi o özü də özünə ancaq can sağlığı arzu edir… Ürəyi musiqiylə döyünən sənətçi konserti haqqında da məlumat verməyi unutmadı.

Fidan Qasımovanın ad günü