Bakı, 26 fevral, AzərTAc
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Lənkəran regional bölməsi 2015-ci ildə keçiriləcək test imtahanlarında zal nəzarətçisi kimi iştirak edəcək müəllimlər üçün treninqləri başa çatdırıb.
TQDK-dan AzərTAc-a bildiriblər ki, treninqlərdə Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar və Lerik rayonlarının orta ümumtəhsil müəssisələrindən “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”ndə qeydiyyatdan keçmiş 1460 nəzarətçi-müəllim iştirak edib.