25 iyunda Bakıda növbəti "Baku Fashion Night" layihəsi keçiriləcək. Bu Bakıda 2014-cü ildən mövsümdə iki dəfə keçirilən, ilk iri layihələrdən sayılır. Layihədə bir neçə dizayner istirak edəcək. "Excelsior Hotel & Spa" otelin dəstəyi ilə keçirilən tədbirin əsas təşkilatçısı FMS Models model agentliyin rəhbəri Lyubov Gutorovadır. "Baku Fashion Night 2016" moda gecəsinin qonaqlarını maraqlı və rəngarəng proqram gözləyir. Rəssam-keramist Vüsalə Agaraziyevanın sərgisi nümayiş olunacaq, qeyd etmək istəyirik ki rəssamın işləri Azərbaycanda və xarici ölkələrdə nümayiş olunub. Gənc Azərbaycan dizaynerlərin aksessuarları, bijuteriyaları və ziynət əşyalarının sərgisi təqdim olunacaq. Gecənin əsas proqramı olan modelyer-dizaynerlərin "Yay 2016" kolleksiyalarının moda nümayişləri təqdim olunacaq.

Bakının Moda gecəsini öz əl ilə toxunma çimərlik geyimləri ilə dizayner Mehriban Məlikova açacaq.

Azərbaycanda ilk dəfə İrlandiya texnikası ilə toxunmuş yay paltarların kolleksiyası ilə dizayner Alyona Salimova.

Yeni "Tenderness" (İncəlik) adlanan yay kolleksiyasını modelyer - dizayner Sehri Rəhimova təqdim edəcək.

Və bu maraqlı şənbə gecəsini öz gözəl səsi ilə pianoçu, vokalist, Azərbaycanda və xaricdə keçirilən jazz festivallarında iştirak edən məşhur musiqiçi Aysel Məmmədova daha da xoş edəcək.

Biletləri "Excelsior Hotel & SPA" otelində əldə edə bilərsiz.

Əlaqə nömrəsi: (012) 496 80 00

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az