Bakı. 27 iyun. REPORT.AZ/ "Həyatını itirən vətəndaşlaımızın ailələrinə İsrail 20 milyon dollar məbləğində təzminat ödəyəcək".
"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım İsraillə münasibətlərin normallaşmasına dair çıxşında bildirib.
Onun sözlərinə görə, iyunun 28-də Türkiyənin Xarici İşlər Nazirliynin müşaviri qarşı tərəflə müvafiq sənədi imzalayacaq: "Bundan sonra təsdiqlənmə prosesi olacaq. Sənəd Türkiyə Böyük Millət Məclisində təsdiqlənəcək".
Baş naziri vurğulayıb ki, İsrail hökumətinin başçısı Binyamin Netaniyahu 2013-cü ilin martında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefona açaarq, ondan "Mavi Mərmərə" gəmisində baş vermiş hadisə ilə bağlı üzr istəyəndən sonra normallaşma prosesi başlayıb: "Bu, anlaşma üçün atılan ilk addım idi. Türkiyənin daha iki şərti var idi. Biri Fələsitinə humanitar yardımla bağlı embarqonun yumuşaldılması, o biri isə hadisə nəticəsində həyatalarının itirən vətəndaşlarımızın ailələrinə təzminatın verilməsi idi. Bu iki məsələ də qərarda təsdiqləndi".
B.Yıldırım əlaqələrin normallaşmasının Türkiyə və İsrail xalqlarının xeyrinə olduğunu söyləyib. Onun sözlərinə görə, bundan sonra səfirlər qarşılıqlı olaraq, fəaliyyətlərini davam etdirəcək.
İnformasiyaya görə, Romada səfərdə olan İsrailin baş naziri Binyamin Netaniyahu da normallaşma ilə bağlı bəyanat verib.
Xatırladaq ki, hər iki dövlətin baş naziri Bakı vaxtı ilə saat 14-də çıxış edib.
Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Onda Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmiş, Türkiyənin 9 vətəndaşını öldürmüşdü.