"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Paşayev ötən ilin sentyabr ayının 8-də İbrahim Həmidlinin 85 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinib. O, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.