"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses iyulun 12-nə təyin edilib.
İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.