"Chelsea"nin baş məşqçisi Antonio Konte komandanın bir sıra üzvlərinin Messi və Ronaldunun səviyyəsinə yüksəlmək imkanı olduğunu bildirib. Goal.az xəbər verir ki, italyan mütəxəssis bunları deyib:

"Futbolçular öz üzərində işləməlidirlər. Mənim sərəncamımda istedadlı, fantastik futbolçular var. Amma onların Messi, Suarez, Ronaldu, Neymar və ya Poqba səviyyəsində olduğunu düşünənlər azdır. Əminəm ki, "Chelsea"də bu səviyyəyə çata biləcək futbolçular var. Onların çatımazlıqlar üzərində işləməsi vacibdir".

Milli.Az