Qadın döyüldükdən sonra 3 manatının olduğunu və çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən E.Pirverdiyev 3 manat pulu və mobil telefonu götürərək qadının evini tərk edib.
Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən və əvvələr məhkum olumuş Gədəbəy rayon Şaxtaxtlı kənd sakini E.Pirverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

