“Report” xəbər verir ki, XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilibˆ
birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.