Bunu "Report"a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.
O, bildirib ki, Bakıdan hər gün Türkiyəyə ən azı 5 sərnişin avtobusu yola düşür.
"Türkiyəyə gedən avtobusların qrafiklərində dəyişiklik yoxdur. Avtobuslar hər zamankı qaydada reyslərini yerinə yetirirlər. Hər gün saat 13:00-da 5-6 avtobus Bakı Beynəlxalq Avtovağzalından yola düşür. Ötən gün də 5 avtobus Türkiyəyə yollanıb və bu istiqamətə bütün biletlər satılıb", - deyə M. Abdullayev əlavə edib.
Qeyd edək ki, Bakıdan Türkiyəyə avtobuslar təxminən 30-35 saata çatır.