"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, zavod fəaliyyətini tam olaraq iyulun sonunda dayandıracaq. Şirkət rəhbərliyi qərarını komponentlərin tapılmasındakı çətinliklə izah edib.
Şirkətin məlumatına görə, 2015-ci ildə yalnız 750 min videokaset satılıb.
Qeyd edək ki, ötən əsrin 50-ci illərinin inqilabi texnologiyası olan videokasetlər bir neçə onilliklər əvvəl milyonlarla satılsa da, hazırda onlara tələbat demək olar, yoxdur.