Naməlum şəxs Rusiyanın Odessadakı baş konsulluğuna bomba qoyulduğunu bildirib
Paylaş
·53 baxış·1 dəq oxu
Bakı. 22 iyul. REPORT.AZ/ Odessa polisinə Rusiyanın bu şəhərdəki baş konsulluğuna və "Sberbank"ın iki filialına bomba qoyulduğu barədə məlumat daxil olub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, partlayıcı qurğular barədə polisə şəhərin naməlum sakini məlumat verib. Qeyd olunur ki, hadisə yerinə istintaq-əməliyyat qrupu və bütün müvafiq xidmətlərin mütəxəssisləri gəliblər.