"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 27-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs 3 vətəndaşa qarşı dələduzluq, mənimsəmə və quldurluq etməkdə təqsirli biliniblər.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunub.