Bakıda qızıl mağazasından oğurluğa cəhd edən qadın tutulub.
Milli.Az bu barədə DİN-ə istinadən xəbər verir.
Məlumata görə, iyulun 27-də saat 16 radələrində Nəsimi rayonunun Cavadxan küçəsindəki mağazalardan birindən qızıl əşyaları oğurlamağa cəhd göstərən Bakı şəhər sakini Zərinə Babayeva Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxs 19-cu Polis Bölməsinə təhvil verilib.
Milli.Az