Azərbaycan XİN: Ermənistan Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına, insan tələfatına rəvac verir

Azərbaycan XİN: Ermənistan Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına, insan tələfatına rəvac verir
14:02 4 Yanvar 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 13:40 ]

"İşğalçı və təcavüzkar dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür"

Bakı-APA. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar tarixli bəyanatına cavab verib.

 

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı APA-ya daxil olan şərhində bildirilib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilib və Azərbaycanın əraziləri işğal olunub:

 

 

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu

yalnız neqativ fəsadlara yol aça bilər. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR