"Report" xəbər verir ki, bu barədə Primorye prokurorunun böyük köməkçisi Yelena Teleqinaya istinadən "İnterfax" məlumat yayıb.
Onun sözlərinə görə, qadına qarşı Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə (Əcnəbi vətəndaşların saxta şəkildə qeydiyyata alınması) ittiham irəli sürülüb. Qeydiyyata salınanlar arasında Çin, Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin vətəndaşları var.