"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qurumda daha 28 nəfər istefa verib: "Bununla da TÜBİTAK-da işdən çıxanların sayı 167-yə çatıb. Bundan əvvəl nazirlik olaraq 560 əməkdaşı vəzifədən kənarlaşdırmışıq. Nazirliyimizdən 63 nəfər dövlət qulluğundan tamamilə atıldı. Bundan başqa, Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin tabeliyində olan Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və dəstəklənməsi idarəsinin (KOSGEB) 47 əməkdaşı da dövlət qulluğundan xaric edilib".
Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra dövlət müəssisələrinə çalışan 70 minə yaxın şəxs sərəncama göndərilib və ya işdən çıxarılıb.