Əməkdar artist Mehriban Xanlarova mediaya qadağa qoydu.
Milli.Az primetime.az-a istinadən bildirir ki, aktrisa İnstagram sosial şəbəkəsində bunları yazıb: "Bu gündən etibarən mənim haqqımda heç bir sayt rəhbərləri, mətbuat işçiləri, jurnalistlər məndən icazəsiz xəbər yazmasınlar. İcazəsiz məqalə yazan jurnalistlər haqda birbaşa hüquqi orqanlara müraciət edəcəm. Haqqımda nə pis, nə də yaxşı xəbər yazmayın.Ümumiyyətlə məni şou-biznesə qatmayın. Mehriban Xanlarova olaraq ayrı respublikayam".
Milli.Az