Ebola üçün 4 milyard dollar lazımdır

Ebola üçün 4 milyard dollar lazımdır
18:31 4 Yanvar 2015
126 Sosial
Ölkə mətbuatı
A- A+

Gələn il Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım gələcək. Bu barədə Dünya Bankının ekspertlərinin hazırladığı məruzədə qeyd olunur.

Epidemiya yayıldığı Afrika ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərdiyindən onların bu vəsaiti beynəlxalq yardım olmadan əldə edə biləcəyi inandırıcı görünmür. Mütəxəssislərin fikrincə, gələn il Serra-Leonenin ümumi daxili məhsulunda 2 faizlik geriləmə gözlənilir.

Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, ölümcül Ebola virusunun səbəb olduğu xəstəlikdən ölənlərin sayı təxminən 7,7 min nəfərə çatıb, eyni zamanda, yoluxanların sayı da artaraq 20 min nəfərə yaxınlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR