Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Həmin ölkələrin böyük əksəriyyətindən Azərbaycana gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.
Bununla yanaşı, Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Bu ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı Azərbaycana səfər edib. Bu isə əvvəlki ilin yanvar-iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.
Bu ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.