Vyananın "Qarabağ" adlı klubu yeni mövsümə hazırlığı davam etdirir. Stadtliga-nın başlanmasına 10 gün qaldığı müddətdə "Qarabağ" baxışa yeni futbolçular dəvət edib.

Klubdan Milli.Az-a verilən məlumata görə, heyətini gəncləşdirmək barədə düşünən Vyana komandası artıq ilk transferini rəsmiləşdirib. Klub baxışda olan azərbaycanlı Orxan Qocayevlə müqavilə imzalayıb. Gənc futbolçu əsas heyətlə məşqlərdə iştirak etməsinə baxmayaraq yeni mövsümdə ilk 5 həftə B komandasında meydana çıxacaq.

Vyananın "Qarabağ" klubunda ilk azərbaycanlı futbolçu - FOTO

Qeyd edək ki, bu mövsüm azərbaycanlıların yaratdığı "Qarabağ" futbol klubu Avstriyanın II Landesliqasında çempion olub. Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə yaradılıb. Vyana klubunun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.

Milli.Az

Vyananın "Qarabağ" klubunda ilk azərbaycanlı futbolçu - FOTO