Sanksiyalar düşmənçilik addımı sayıldı

Sanksiyalar düşmənçilik addımı sayıldı
19:52 4 Yanvar 2015
126 Sosial
Ölkə mətbuatı
A- A+

Pxenyan ABŞ-ın Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini "acıq düşmənçilik" addımı kimi qymətləndirib, Koreya Mərkəzi teleqraf agentliyinin məlumatında deyilir.

"ABŞ-ın Şimali Koreyanı mütamadi olaraq təqib etməsi ölkəmizin iradəsinin və əzminin yalnız möhkəmlənməsinə səbəb olacaq", Reuters agentliyi Şimali Koreya XİN rəsmisinin sözlərini sitat gətirib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama Sony Pictures şirkətinə haker hücumuna cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyaların yeridilməsinə razılıq vermişdi.
 
Sanskiya siyahısına Şimlai Koreyanın 3 şirkəti və 10 məmuru daxil edilib.
 
Bu sansksiyalardan əvvəl ABŞ Şimali Koreyaya qarşı nüvə proqramına görə sanksiya tətbiq etmişdi.
 
Llakin Vaşinqtonun iddia etdiyi kimi Şimali Koreya rəhbəriliyi tərəfindən təşkil edilmiş kiber hücumlara görə Pxenyana qarşı sanksiyalar ilk dəfədir ki tətbiq olunur.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR