"Report" xəbər verir ki, qəza iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə şahidlərinin məlumatına görə, "Mitsubishi Pajero" markalı avtomob eyni zolaqda hərəkətdə olan "Opel" markalı avtomaşına arxadan çırpılıb. Qəza nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur.
Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.





