Nyu-Yorka toplaşan minlərlə polis əməkdaşı şəhər meri Bill de Blazioya etirazlarını bildiriblər. Onlar ötən ilin dekabrında güllələnmiş həmkarları Venyan Lyunun dəfn mərasimində mer çıxış edəndə B. de Blazioya arxalarını çeviriblər.
Milli.Az ABC-yə istinadən bildirir ki, Birləşmiş Ştatların müxtəlif şəhərlərində işləyən polislərin dəfn mərasiminə qatıla bilmələri üçün "Jet Blue" aviaşirkəti pulsuz uçuşlar təşkil edib.
Dəfn mərasiminin keçirildiyi Bruklin səmtindəki küçədə böyük ekranlar quraşdırılmışdı və Lyunun evində baş verənlərlə translyasiya olunurdu.
Venyan Lyu və Rafael Ramosu ötən ilin dekabrın 20-də Nyu-York sakini, qaradərili İsmayıl Brinsli güllələmişdi. 28 yaşlı Brinsli cinayət yerindən qaçmış, sonai özünü vuraraq intihar etmişdi.
Ramosun dəfnində də mer çıxış edəndə polis zabitləri ona arxa çevirmişdilər.
Milli.Az