Dünən "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə İsveçin "Göteborq" komandasına 0:1 hesabıyla məğlub olub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir. Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nə isə fikirləşəcəyik. Şanslar əlli-əlliyədir. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".
Milli.Az