"Ermənistan Avrasiya İqtisadi Birliyinin çıxılmaz vəziyyətə düşən sərhəd əyalətidir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu erməni icmalçı Akop Badalyan deyib.

O qeyd edib ki, Soçidə AİB ölkələrinin baş nazirlərinin görüşündə Ermənistana İranla sərhəddə, Sünikdə azad ticarət zonasının açılmasına icazə verildi: "Çətin ki, bu, Ermənistandan böyük səylər tələb edib, çünki AİB-in üzvü kimi Ermənistan təşkilatın digər üzvlərinə maraqlı deyil".

İcmalçının sözlərinə görə, Ermənistana azad iqtisadi zonalar deyil, azad rəqabət lazımdır ki, hakimiyyət biznesə müdaxilə etməsin və korrupsiya ilə mübarizə aparsın.

Milli.Az