“Report”un xəbərinə görə, müəyyən edilib ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə yanan sürücü Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Azər Adıl oğlu Məmmədovdur.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, hadisə avqustun 16-da baş verib. 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəsisəsi” MMC-yə məxsus “MAN” markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub. Yol-nəqliyyat hadisənin nəticəsində avtomobil yanmış, sürücüsü isə ölmüşdü.