Mahaçqalada "Kızılyurt" Daxili İşlər İdarəsinin keçmiş rəisinin başçılıq etdiyi bir qrup polislərdən ibarət bandanın üzvlərinə hökmün oxunmasının vaxtı elan edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, banda Azərbaycandan Dağıstana pul aparanları qəsb etməklə və quldurluq törətməklə məşğul olub. Mahaçqala məhkəməsi banda üzvlərinə hökmün oxunmasını sentyabrın 13-nə təyin edib.

Azərbaycandan Dağıstana pul daşıyanları qarət edən paqonlu bandanın işi - FOTO

Prokuror banda üzvlərinin 10 ildən 17 ilədək azadlıqdan məhrum edilməsini istəyib. İstintaq materiallarına əsasən, "Kızılyurt" Daxili İşlər İdarəsinin keçmiş rəisi Əshabəli Zairbekov, həmin idarənin əməkdaşları Abdulmuslim Maqomedov, Mahmud Haybulayev, Qaziyav Camaludinov və Maqomed Pirayev 2012-ci ildə mütəşəkkil cinayətkar qruplaşma yaradaraq Azərbaycandan Dağıstana pul daşıyan vətəndaşları qəsb etməklə məşğul olublar. Həmin ilin avqustunda onlar bir qrup yerli sakini qəsb edərək onların 43 milyon rubl pulunu alıblar. 2013-cü ilin fevralında banda 33 milyon rublluq daha bir soyğun törədib.

Milli.Az