Niderland Krallığının yeni təyin olunmuş səfiri Bakıya gəlib
Paylaş
·42 baxış·1 dəq oxu
Bakı. 2 sentyabr. REPORT.AZ/Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Onno Kervers Bakıya gəlib. "Report" xəbər verir ki, O.Kervers etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra fəaliyyətə başlayacaq. Diplomat bu postda Robert Yan Qabrielseni əvəzləyəcək.