24 yaşlı qadın müəllimin şagirdlərindən qrip virusuna yoluxması az qala ölümünə səbəb olacaqdı.
Milli.Az "Daily Mail"ə istinadən bildirir ki, 24 yaşlı müəllim April Heaz şagirdlərindən qrip virusu keçdiyini düşünərək xəstəxanaya üz tutub. Ona mədə pozğunluğu və qulaq infeksiyası diaqnozu qoyulub.
Ancaq yazılan dərmanlardan istifadə etməsinə baxmayaraq baş gicəllənməsi və yorğunluq daha da artıb. Başqa bir həkimə gedən gənc müəllimdə əslində anemiya (qan azlığı) olduğu təsbit edilib.
Növbəti müayinələr zamanı həkimlər gənc qadının qarnında xərçənglə bağlı olmayan bir şiş olduğunu, bu şişin partladığını və yavaş-yavaş qanayaraq ölümə apardığını müəyyən ediblər.
Qan köçürülməsi və əməliyyatlar sonrası yaxşılaşmağa başlayan qız tam sağalıb ayağa qalxmaq üçün günlərini sayır.
Təhməz Təkin
Milli.Az







