"Report" xəbər verir ki, bu müraciət Loşinovka kəndində baş vermiş insidentlə bağlıdır. Həmin kənddə tərk edilmiş evlərdən birində üzərində zorakılıq əlamətləri olan 9 yaşlı qızın cəsədi tapılıb. Cinayətin törədilməsində 20 yaşlı roman şübhəli bilinir.
Həmin hadisə ilə bağlı Kiyevdə "Çoxmillətli Ukrayna sülh, həmrəylik və ədalət tərəfdarıdır" mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, spikerlər Odessa vilayəti İzmailski rayonu Loşinovka kəndi sakinlərinin milli mənsubiyyətə görə köçürülməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Loşinovka kənd sovetinin deputatları bu tərzdə roman milliyyətindən olan şəxsin törətdiyi qətlə münasibətlərini bildiriblər.
"İstənilən millətdən olan şəxs cinayət törədə bilər. Bu halda personal məsuliyyət olmalıdır. Romanın məhkəməsin cəzalandırılması və təqib olunması hüquq cəmiyyətində yolverilməz hadisədir", - Rövşən Tağıyev qeyd edib.
Ukraynanın sabiq xarici işlər naziri Leonid Kojara bildirib ki, cəmiyyətdə sülh və həmrəylik yalnız milli azlıqların hüquqlarının qorunması zaman olacaq: "Ukraynada 130-dan çox xalqın nümayəndələri yaşayır, lakin dövlət etno-milli siyasət, demək olar ki, yoxdur, bununla yanaşı, etnik millətçilik siyasəti artır və bu da cəmiyyətdə süni etnikarası gərginlik yaradır", - L.Kojara vurğulayıb.